O gözlərə baxmaram او گوزلره باخارام

+0 امتياز

Bu gün sənin hər gözündə bir gülüş ,

Biri çılğın , biri tutqun , bürkülü ...

Baxışlara yad baxışlar bükülü ,

İnnən belə o gözlərə baxmaram .

 

Qəza gəldi , əsa gəldi deyirlər ,

Əhdini də düyçələyər iy əllər ,

Bir çalada donan suya əyilləm ,

İnnən belə o gözlərə baxmaram .

 

İki görüş bir baxışda görüşdü ,

İki ilmə bir yanlışda görüşdü ,

Doğru sözüm aldanışla görüşdü ,

İnnən belə o gözlərə baxmaram .

 

Haray , durnam , qatarımı itirdim !

Havar çəkdim , havarımı itirdim ,

Dalğasında avarımı itirdim ,

 

İnnən belə o gözlərə baxmaram .

 

İsmi dönuk , son tufanım olsa da ,

Son ümüdüm , son gümanım olsa da ,

Gündoğanım , günbatanım olsa da ,

İnnən belə o gözlərə baxmaram .



  • [ ]